Hondurasda mitinq zamanı mer güllələnərək öldürülüb

Hondurasda mitinq zamanı mer güllələnərək öldürülüb Hondurasın Kantarranas bələdiyyəsinin meri Fransisko Qaytan Fransisko Morazan departamentində güllələnib.
Digər ölkələr
14 Noyabr , 2021 15:06
Hondurasda mitinq zamanı mer güllələnərək öldürülüb

Hondurasın Kantarranas bələdiyyəsinin meri Fransisko Qaytan Fransisko Morazan departamentində güllələnib.

"Report" xəbər verir ki, bu barədə "teleSUR" telekanalı məlumat yayıb.

Liberal Partiyasını təmsil edən siyasətçi tərəfdarları qarşısında mitinqdə çıxış edərkən ona odlu silahdan 15 dəfə atəş açılıb.

Tədbir iştirakçıları atəş açan şəxsi saxlayıb və polisə təhvil veriblər.

Liberal Partiya cinayəti pisləyib və ölkə hakimiyyətini hərtərəfli araşdırma aparmağa çağırıb.

Son xəbərlər

Orphus sistemi