COVID-19 əleyhinə peyvəndləri əsasən zəngin ölkələr alır.
“Report” xəbər verir ki, bu barədə məlumat Bloomberg agentliyinin hesablamalarında verilir.
Dünyanın 27 zəngin ölkəsinin vətəndaşları istehsal olunan bütün peyvəndlərin 40% ilə təmin olunub. Qeyd olunan ölkələrin vətəndaşları dünya əhalisinin 11%-ni təşkil edir. Yoxsul ölkələrin 11%-i isə vaksinlərin yalnız 1,6%-ni alıb.
Bloomberg agentliyinin hesablamalarına görə, yüksək gəlirli ölkələrdə COVID-19 əleyhinə vaksinasiya templəri aşağı gəlirli ölkələrdəki vaksinasiya göstəricilərini 25 dəfə üstələyir.
Agentliyin hesablamalarına görə, ABŞ əhalisi dünyada istehsal olunan bütün peyvəndlərin 24% ilə təmin olunub. Qeyd olunur ki, dünya əhalisinin 4,3%-i ABŞ-da yaşayır.
Pakistanda isə dünya əhalisinin 2,7%-i yaşayır, lakin qlobal vaksinasiya göstəricilərində bu dövlətin payı yalnız 0,1%-dir.
Bloomberg qeyd edir ki, peyvəndlərin bu cür paylanmasına səbəb ən varlı ölkələrin öz sakinlərinin ehtiyaclarını ödəmək üçün istehsal edilmiş və istehsalı planlaşdırılan milyardlarla dozanı əvvəlcədən alması olub. Agentliyin bildirdiyinə görə, bu ölkələrin vaksin ehtiyyatları sakinlər arasında bir neçə peyvəndləmə kampaniyasını aparmağa imkan verəcək. Halbuki, ən yoxsul ölkələrin 11%-i bir dənə də olsun vaksinasiya kampaniyasını apara bilmir.