Yəməndə qiyamçı husilərin silahlı qolu Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki “Saudi Aramco” dövlət neft-qaz şirkətinin paylayıcı stansiyasını raket atəşinə tutub.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu qiyamçılarım silahlı qolunun nümayəndəsi Yəhya Sariya tvitter səhifəsində yazıb.
Paylayıcı stansiyaya “Quds-2” qanadlı raketlərindən endirilən zərbələr nəticəsində bir neçə nəfər yaralanıb. Nümayəndənin sözlərinə görə, bu raketi silah ehtiyatlarına yenicə daxil ediblər. Qiyamçılar Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq edən şirkətlərə xəbərdarlıq edərək belə aksiyaları təkrarlayacaqlarını da bildiriblər.
Qeyd edək ki, əsasən İran tərəfindən dəstəklənən husilər 2014-cü ilin avqustundan Yəməndə hakimiyyətə qarşı silahlı mübarizə aparır.
Xatırladaq ki, bu raketlərin əsli İran istehsalıdır.