Ukraynalı nümayəndə: Hərbi əsirlərimizin sayı 10 mini ötür

Ukraynalı nümayəndə: Hərbi əsirlərimizin sayı 10 mini ötür Ukraynalı hərbi əsirlərin sayı 10 min nəfəri ötür və onların heç də hamısı hərbçi deyil.
Digər ölkələr
19 İyul , 2024 15:49
Ukraynalı nümayəndə: Hərbi əsirlərimizin sayı 10 mini ötür

Ukraynalı hərbi əsirlərin sayı 10 min nəfəri ötür və onların heç də hamısı hərbçi deyil.

“Report” xəbər verir ki, bunu “Mariupolun Müdafiəçilərinə Azadlıq” ictimai təşkilatının nümayəndəsi Larisa Salayeva Ukraynanın Azərbaycandakı səfirliyində keçirilən görüşdə deyib.

Qeyd edək ki, “Mariupol Müdafiəçilərinə Azadlıq” ictimai təşkilatının nümayəndələri Bakıdadırlar və bu gün səfirlikdə keçirilən dəyirmi masada iştirak ediblər.

LSalayeva bildirib ki, ukraynalı hərbi əsirlərə normal münasibət göstərmirlər, nə Cenevrə Konvensiyalarına, nə də humanitar qanunlara əməl edilir.

“Biz beynəlxalq razılaşmaların həyata keçirilməsini istəyirik. Mülki əhalinin yeri barədə heç bir şey məlum deyil, bu da beynəlxalq hüququn pozulmasıdır”, - Ukrayna mədəniyyət cəmiyyətinin Türkiyədəki nümayəndəsi Aliyə Hüseynova qeyd edib.

O vurğulayıb ki, Ukrayna tərəfi öz növbəsində beynəlxalq humanitar təşkilatlara rusiyalı hərbi əsirləri müşahidə etmək imkanı verir və eyni zamanda Cenevrə Konvensiyalarının bütün şərtlərinə əməl edir.

Son xəbərlər

Orphus sistemi