“İslam Əməkdaşlığı Təşkilatının (İƏT) baş katibliyi Məhəmməd peyğəmbərə karikatura təsvirlərinin dərc olunmasını izləyərək bəzi fransalı siyasətçilərin bununla bağlı gözlənilməz fikirlər ifadə etmələrini heyrətlə izləyir. Belə ki, bu fikirlər yalnız dar partiya siyasi maraqlarına xidmət edərək ədavətə rəvac verir və müsəlman – fransız əlaqələrinə xələl gətirir”.
“Report” xəbər verir ki, bu fikirlər İƏT-in bəyanatında səsləndirilir.
Baş katiblik hər cür pis əməlləri, islam, xristianlıq, yəhudilik dinlərinin peyqəmbərlərinə qarşı təhqirləri daim pisləyir.
Din adı ilə hər cür terror əməllərindən birmənalı olaraq narahat olan İƏT Fransa vətəndaşı Samuel Patinin amansızlıqla öldürülməsindən də dərin narahatlıq keçirir, bu dəhşətli cinayəti ülvi dəyərlərə malik islam dinidən ayıraraq onu qanunla cəzalandırılacaq fərdi və yə kollektiv terror hərəkəti olaraq pisləyir. Həmçinin ifadə azadlığı adı ilə hər hansı dinə qarşı hücumlara bəraət qazandırmaların qarşısını almağa davam edir.
Bundan əlavə, baş katiblik islamı və müsəlmanları terrorçuluqla bir tutmaqdan kədərlənərək dünya boyu milyard yarım müsəlmanın hisslərini haqsız olaraq qızışdıracaq müsəlmanlara qarşı ayrı-seçkilik siyasətinə yenidən nəzər yetirməyə çağırır.