İndoneziyada aprelin 21-də 53 nəfərlik şəxsi heyətlə birlikdə itkin düşən sualtı qayığın dağıntıları tapılıb.
“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, bu barədə İndoneziyanın Dəniz Qüvvələri komandanı Yudo Margono mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, “KRI Nanggala-402” adlı sualtı qayığın qalıqları Bali adası sahillərində tapılıb. O, sualtı qayığın üç hissəyə ayrıldığını bildirib.
İndoneziya Müdafiə Nazirliyi isə sualtı qayıqda çəkilən son görüntüləri paylaşıb. Ürəkağrıdan bu videonu dünyanın bütün sosial mediaları paylaşıb. Şəxsi heyət faciəvi hadisədən bir neçə həftə əvvəl çəkilən videoda gitara çalaraq “Sampai jumpa” adlı mahnını oxuyurlar. Mahnının adı “Əlvida” mənasını verir. Onların şən ovqatı sosial media izləyicilərini həyəcanlandırıb.
Qeyd edək ki, qayığın batması səbəbləri ilə bağlı müxtəlif versiyalar irəli sürülür. Hərbi rəsmilər bildiriblər ki, aprelin 24-də qayıqda oksigen bitdiyi üçün heyət yaşamaq ümidini itirib.