İndoneziyada daşqınlar nəticəsində azı 13 nəfər ölüb

İndoneziyada daşqınlar nəticəsində azı 13 nəfər ölüb İndoneziyanın Şimali Sumatra əyalətinin iki dairəsində torpaq sürüşməsi və daşqınlar nəticəsində azı 13 nəfər həlak olub, daha 18 nəfər xəsarət alıb.
Digər ölkələr
24 Noyabr , 2024 21:12
İndoneziyada daşqınlar nəticəsində azı 13 nəfər ölüb

İndoneziyanın Şimali Sumatra əyalətinin iki dairəsində torpaq sürüşməsi və daşqınlar nəticəsində azı 13 nəfər həlak olub, daha 18 nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə “Sinxua” agentliyi əyalətin Təbii fəlakətlərin idarə edilməsi və nəticələrinin yumşaldılması idarəsinin nümayəndəsinə istinadən bildirib.

Məlumata görə, Deli Serdanq dairəsində sel suları dörd evi və məbəd binasını yuyub aparıb, nəticədə altı nəfər həlak olub, doqquz nəfər yaralanıb. Karo dairəsində yeddi nəfər ölüb və doqquz nəfər yaralanıb. Yaralılar yaxınlıkdakı xəstəxanalara yerləşdirilib.

İndoneziya Meteorologiya və Geofizika Agentliyi regionda yağıntıların normadan artıq intensivliyini proqnozlaşdıraraq ekstremal hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Qeyd olunur ki, iqtidar orqanları zərər çəkmiş regionlara yardım göstərilməsi və təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün səy göstərir.

Son xəbərlər

Orphus sistemi