İndoneziyanın Qərbi Yava əyalətində neftayırma zavodunda baş verən yanğın nəticəsində 28 nəfər yaralanıb.
“Report” “CNNTürk”ə istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.
Yaralılardan 5-nin vəziyyəti ağırdır. Hadisə baş verən ərazidən minə yaxın sakin təxliyə edilib.
“Pertamina” Neft-Qaz Dövlət Şirkətindən bildirilib ki, hadisə yanacaq çənlərindən birində baş verən yanğından sonra yayılıb.
Yanğının səbəbi araşdırılır.