İndoneziyada terror aktı olub.
“Report” xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə Cənubi Sulavesi əyalətində, Makassar şəhərində, kilsənin qarşısında baş verib. Qeyd edilir ki, hadisə zamanı xəsarət alanlar var.
"Partlayış xidmət zamanı oldu, dörd zərərçəkmiş xəstəxanaya çatdırılıb", - portal asayiş keşikçilərindən birinə istinadən qeyd edib. Qeyd edilir ki, kamikadze hadisə yerində ölüb.
İlkin məlumata görə, hadisə zamanı ərazidə iki avtomobil saxlanılıb. "Polis hadisənin təfərrüatlarını araşdırır", - Merdisya qeyd edib.