İndoneziyanın ən aktiv vulkanı olan Merapi bu gün səhər saatlarında püskürməyə başlayıb.
“Report” TASS-a istinadən xəbər verir ki, vulkandan çıxan lava artıq yamac boyunca 1 500 metrə qədər axıb.
“Hazırkı püskürmə yerli hakimiyyət orqanlarının ötən ilin noyabrında təhlükə dərəcəsini artırmasından sonra baş verən ən güclüsüdür”, - Yava adasındakı Cokyakarta şəhəri Vulkanologiya və Geoloji Anomaliyaların İdarə Olunması Mərkəzinin rəhbəri Haniki Humayda deyib.
Humayda həmçinin bildirib ki, hazırda təhlükə dərəcəsi ikinci səviyyə qaldırılıb, sakinlərdən kraterdən beş kilometr məsafədə aralı qalmaları xahiş olunub.
Qeyd edək ki, adı “Odlu dağ” kimi tərcümə olunan Merapinin hündürlüyü 2 968 metrə çatır və o, İndoneziyanın ən fəal vulkanı hesab edilir. 2016-cı ildə vulkanın püskürməsi zamanı 347 nəfər ölüb, 60 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.