İngiltərə kraliçasının 10-cu nəticəsi dünyaya gəlib

İngiltərə kraliçasının 10-cu nəticəsi dünyaya gəlib Bu hadisəni Bukinqham Sarayı da təsdiqləyərək “şərtlər əl verən kimi 10-cu nəticəni qarşılamağa hazırlaşdıq”larını açıqlayıb
Digər ölkələr
24 Mart , 2021 15:42
İngiltərə kraliçasının 10-cu nəticəsi dünyaya gəlib

İngiltərə kraliçası İkinci Elizabetin bazar günü 10-cu nəticəsi dünyaya gəlib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, şahzadə AnnMark Filipsin qızı, atçılıq dünya çempionu Zara Tindal və həyat yoldaşı, keçmiş ruqbi ulduzu Mayk Tindal martın 21-də, bazar günü axşam saat 6-da sayca üçüncü övladları olan Lukas Filipin anadan olduğunu elan ediblər.

Zaranın gecə boyu doğum sancıları keçirdiyindən onu xəstəxanaya aparmaq mümkün olmadığı üçün körpə evdəki hamam otağının döşəməsində dünyaya gəlib. Buna baxmayaraq, 3,74 kiloqram olan uşaq sağlamdır.

Bu hadisəni Bukingem Sarayı təsdiqləyərək “şərtlər əl verən kimi 10-cu nəticəni qarşılamağa hazırlaşdıq”larını açıqlayıb.

Qeyd edək ki, bu il fevralın 9-da Zara Tindalın xalası qızı, kraliçanın ikinci oğlu York hersoqu şahzadə Endrünün qızı şahzadə Eucinin də oğlu Auqust olub.

Son xəbərlər

Orphus sistemi