İngiltərədə son bir ildə 118 qadın öldürülüb.
“Report” “TRTHaber”ə istinadən xəbər verir ki, bu barədə siyasi müxalifət bildirib.
Qeyd olunub ki, iyunun 8-də Old Beley məhkəməsində 48 yaşı polis əməkdaşı Veyn Kuzens martın 3-də Sara Everardı qaçıraraq təcavüz etdikdən sonra öldürdüyünü etiraf edib.
Müxalifət son bir ildə 118 qadın öldürüldüyünü vurğulayaraq hökumətdən daha sərt tədbirlər görməsini istəyib.