Baş katib Antoniu Quterrişin tabeliyində olan bütün BMT sistemi kimi, UNESCO da korrupsiya və saxtakarlıq səbəbindən dağılır.
“Report” xəbər verir ki, ABŞ-ın “Inner City Press” ictimai təşkilatı 2017-ci ildən fransalı Odri Azulenin rəhbərlik etdiyi UNESCO-da yaranmış həyəcanlı vəziyyətin üstünü açıb.
“UNESCO-nun Baş katibi və onun komandası mandatının əvvəlindən, tamamilə gözlənilməz seçkidən sonra təşkilata şəxsi mağazası və ya ailəsinin əmlakı kimi yanaşırdılar”, - “Inner City Press”in araşdırmasında qeyd olunub.
“Bu gün baş direktor Azulenin öz mandatını düzgün idarə etmədiyini proqnozlaşdırmaq asandır və bu, onun fəaliyyətinə mənfi təsir göstərir”, - məqalədə deyilib.
Həmçinin qeyd edilib ki, işçilərin həmkarlar ittifaqı və bəzi hörmətli üzv dövlətlərin vəziyyəti düzəltmək üçün qanuni tələbləri anlayışla qarşılanmayıb.
Bu, yekun nəticədə 5-19 oktyabr tarixlərində keçirilmiş İcraiyyə Şurasının sonuncu - 215-ci sessiyasında bir sıra üzv dövlətlər tərəfindən açıq və rəsmi tənqidlərin olması ilə nəticələndi.
Türkiyənin UNESCO-dakı səfiri Gülnur Aybet ötən ay keçirilən İcraiyyə Şurasının iclasının açılışında çıxış edərək baş direktorun ofisinin çox ləng işlədiyini qeyd edib və Odri Azuledən baş direktor və daimi nümayəndəliklər arasında əlaqəni yaxşılaşdırmağı xahiş edib, sürətin və vaxtında reaksiya verməyin vacibliyini vurğulayıb.
“Bu cür hallar o qədər tez-tez baş verir ki, onlar normaya çevrilir və səfirlər baş direktorla birbaşa görüş təyin etməyin çox çətin olduğunu düşünürlər”, - o əlavə edib.