ABŞ-da və bir sıra başqa ölkələrdə instaqram sosial şəbəkəsinin işində problemlər müşahidə olunur.
“Report” xəbər verir ki, bu barədə məşhur internet-resursların işini izləyən “Downdetector” xidmətinin saytı məlumat yayıb.
Nasazlıqdan şikayət edən Amerika istifadəçilərinin 62%-i xəbər lentinə daxil olmaq problemlərindən şikayət ediblər. Sosial şəbəkə istifadəçilərinin 24%-i instaqrama daxil ola bilməyiblər.
Nasazlıqlardan həmçinin Böyük Britaniya, Kanada, Niderland və Almaniyadan olan sosial şəbəkə istifadəçiləri şikayət edirlər. Lakin bu ölkələrdən şikayətlər bir qədər azdır.