İordan çayının qərb sahilində yerləşən hərbi post naməlum şəxslər tərəfindən atəşə tutulub.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin Mətbuat Xidməti məlumat yayıb.
"Şənbə gününə keçən gecə Yabad şəhəri (İordan çayının qərb sahilində yerləşən Cenin şəhəri yaxınlığındakı Fələstin kəndi) yaxınlığında yerləşən hərbi post yoldan keçən avtomobildən atəşə tutulub. Ərazidə xidmətdə olan hərbçilər cavab atəşi açıblar. Hərbçilər arasında yaralananlar barədə məlumat yoxdur”, - Mətbuat Xidməti bildirib.