İordaniya Kralı II Abdullah ibn Al Hüseyn İsrailin baş naziri Naftali Bennet və müdafiə naziri Beni Qantzla görüşüb.
“Report” “CNN”ə istinadən xəbər verir ki, bu barədə Kralın özü məlumat verib.
“Son iki həftə ərzində İsrail və İordaniya arasındakı qarşılıqlı anlaşmada təkcə yaxşılaşmanın deyil, həm də İsrail və Fələstindən irəli getməyimizin lazım olduğunu göstərən səslərin şahidi oldum”, - deyə o, qeyd edib.
II Abdullah hesab edir ki, ərəb ölkələri İsrail ilə münasibətlər məsələsinə milli təhlükəsizlik və şəxsi maraqlar baxımından baxmalıdırlar.