İordaniya sabah Suriya ilə sərhədi açır

İordaniya sabah Suriya ilə sərhədi açır İordaniya Suriya ilə Cebir sərhəd buraxılış məntəqəsini sentyabrın 29-dan etibarən yenə açacaq.
Digər ölkələr
28 Sentyabr , 2021 10:31
İordaniya sabah Suriya ilə sərhədi açır

İordaniya Suriya ilə Cebir sərhəd-buraxılış məntəqəsini sentyabrın 29-dan etibarən yenə açacaq.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, məlumatı İrodaniyanın daxili işlər naziri Mazin əl-Ferraye yazılı açıqlamada bildirib.

Onun sözlərinə görə, Suriyanın cənubunda yerləşən Dera şəhərindəki atışmalar səbəbindən iyulun 31-də bağlanan “Ramsa” (“El-Cumruk el-Kadim”) və “Nasib” (“Cebir”), sərhəd qapısı sentyabrın 29-dan açılır: “Bu qərar lazımi təhlükəsizlik və sağlamlıq tədbirləri görülərək ticarət və turizm hərəkətliliyini təmin etmək üçün qəbul olunub”.

Nasib-Cebir keçiş məntəqəsi 2018-ci ilin ortalarında bağlanmış, 2020-ci ildə koronavirus pandemiyasından əvvəl bağlanmışdı. Sentyabrın 27-də Bəşşar Əsəd rejiminin 4 naziri sərhəd-buraxılış məntəqəsinin açılması ilə bağlı İordaniyaya səfər edib.

Bildirilib ki, Suriyada daxili savaşdan əvvəl Cebir sərhəd qapısından Türkiyə, Körfəz ölkələri və Avropaya yüzlərlə yük avtomobili keçirmiş.

Son xəbərlər

Orphus sistemi