İordaniya Suriya ilə sərhədi bağlayıb

İordaniya Suriya ilə sərhədi bağlayıb İordaniya höküməti Dəməşqdən 110 km aralıda yerləşən Dəra şəhərində vəziyyətin gərginləşməsi səbəbindən Suriya ilə sərhədi müvəqqəti bağlamaq barədə qərar qəbul edib.
Digər ölkələr
1 Avqust , 2021 07:00
İordaniya Suriya ilə sərhədi bağlayıb

İordaniya höküməti Dəməşqdən 110 km aralıda yerləşən Dəra şəhərində vəziyyətin gərginləşməsi səbəbindən Suriya ilə sərhədi müvəqqəti bağlamaq barədə qərar qəbul edib.

“Report” xəbər verir ki, bu barədə “Ammon” agentliyinə Krallığın Daxili İşlər Nazirliyindəki mənbə bildirib.

Qeyd olunub ki, “Nəsib” sərhəd keçidi nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanıb. Mənbə əlavə edib ki, sərhəd keçidi uyğun şərtlər təmin edildikdən sonra işini bərpa edəcək.

Xatırladaq ki, “Nəsib” sərhəd keçidinin fəaliyyəti 2020-ci ildə pandemiya ilə bağlı yaranmış vəziyyətlə əlaqədar dayandırılmışdı. Bu keçid məntəqəsi bir çox malların tranzit dəhlizi olduğundan hər iki ölkə üçün strateji əhəmiyyət kəsb edir.

Son xəbərlər

Orphus sistemi