Qəfil sel İordaniyada yerləşən Petra arxeoloji kompleksindən 1700 turistin təxliyə edilməsinə səbəb olub.
"Report" TASS-a istinadən xəbər verir ki, güclü leysan suyun səviyyəsinin kəskin qalxmasına və qədim şəhərin qismən su altında qalmasına səbəb olub.
Xatırladaq ki, 2018-ci ildə sel nəticəsində Petrada 20-dən çox turist həlak olub.
Qayalıqlarda oyulmuş Petra arxeoloji kompleksi İordaniyanın cənub-qərbində yerləşir. Arxeoloqların fikrincə, qədim şəhər eramızdan əvvəl III əsrdə salınıb və Nəbatilər krallığının paytaxtı olub.