İqor Dodonun Moldovanı tərk etmək qadağası daha 60 gün uzadılıb

İqor Dodonun Moldovanı tərk etmək qadağası daha 60 gün uzadılıb Moldova Ali Məhkəməsi keçmiş prezident İqor Dodonun ölkədən çıxışına qoyulan qadağanın müddətini daha 60 gün uzadıb.
Digər ölkələr
19 İyul , 2023 12:17
İqor Dodonun Moldovanı tərk etmək qadağası daha 60 gün uzadılıb

Moldova Ali Məhkəməsi keçmiş prezident İqor Dodonun ölkədən çıxışına qoyulan qadağanın müddətini daha 60 gün uzadıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə məhkəmə iclasından sonra jurnalistlərə açıqlamasında Moldovanın sabiq-prezidenti məlumat verib.

O, Moldovanı tərk etmək fikrində olmadığını vurğulayıb və prokurorluğun ittihamlarını “əsassız” hesab etdiyini bildirib: “Məqsəd müxalifətə təzyiq etməkdir. Buna baxmayaraq, mən partiyanı payızda keçiriləcək yerli hakimiyyət orqanlarına seçkilərə hazırlamağa davam edəcəyəm”.

Xatırladaq ki, İ.Dodon ötən il mayın sonunda saxlanılmışdı və ona qarşı dövlətə xəyanət, korrupsiya və partiyanı qanunsuz maliyyələşdirmə ittihamları irəli sürülüb. Vəkillərin sözlərinə görə, səkkiz cinayət işi açılıb, onlardan üçü məhkəmələrə göndərilib.

Son xəbərlər

Orphus sistemi