"Vyanada nüvə sazişi ilə bağlı aparılan dialoqun yarımçıq qalması Ağ evin ölkədaxili siyasi məsələlərin həllində bundan istifadə etməyə çalışması ilə bağlıdır".
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İran XİN-in rəsmi nümayəndəsi Səid Xətibzadə mətbuat konfransında bildirib.
“Vyana danışıqların yarımçıq dayandırılması ABŞ-ın günahı ucbatından baş verdi. Məlum oldu ki, Bayden və Ağ ev hələ məsələ ilə bağlı qərar qəbul etməyiblər”.
Onun sözlərinə görə, əgər ABŞ sazişi imzalamağa hazırdırsa, bu barədə siyasi qərar qəbul edilməlidir.
Xatırladaq ki, İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bərpası və ABŞ-ın bu sazişə qayıtması ilə bağlı Vyanada aparılan 8 mərhələli danışıqlarda martın 11-də fasilə elan edilib. Daha əvvəl danışıqların fevralın sonunadək başa çatacağı gözlənilirdi. Təxminən, 20 səhifəlik sənədin mətni artıq razılaşdırılıb. Sənəd sazişin ilkin formasına qayıtmaqla bağlı gələcək tədbirlərdən bəhs edir.