İraq Küveytə təzminat ödənişini başa vurub

İraq Küveytə təzminat ödənişini başa vurub İraq 1990-1991-ci ildə Küveyti işğal edərək bu ölkəyə yetirdiyi maddi ziyana görə 52,4 milyard dollarlıq təzminatın ödənişini başa çatdırıb.
Digər ölkələr
9 Fevral , 2022 19:20
İraq Küveytə təzminat ödənişini başa vurub

İraq ötən əsrin 90-cı illərində Küveytin işğalı zamanı bu ölkəyə vurduğu maddi ziyana görə 52,4 milyard dollarlıq təzminatın ödənişini başa çatdırıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT Təzminat Komissiyasının (UNCC) 16-cı xüsusi sessiyasında bildirilib.

Təzminatın son hissəsi yanvarın 13-də köçürülüb.

1990-cu ilin 2 avqust tarixində İraq Küveytə ordu hissələrini yeridib. Bundan sonra BMT İraqa qarşı sanksiyalar tətbiq edib, müvafiq mandat əsasında ABŞ və müttəfiqləri Küveyti azad ediblər.

Son xəbərlər

Orphus sistemi