Türkiyə Silahlı Qüvvələri Şimali İraq və Suriyada 4 terrorçunu zərərsizləşdirib.
"Report" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Türkiyə xüsusi təyinatlılarının döyüşçüləri “Barış Pinarı” əməliyyatı zonasında PKK/YPG-nin iki terrorçusunu məhv edib.
Digər iki terroçu isə “Zeytun budağı” əməliyyatı zonasında və digəri isə İraqın şimalındakı Hakurk bölgəsində öldürülüb.
Türkiyə Silahlı Qüvvələri terrorçulara qarşı əməliyyatları davam etdirir.