İraqın baş naziri: "Beynəlxalq koalisiya qüvvələri ölkəni tərk edib"

İraqın baş naziri: "Beynəlxalq koalisiya qüvvələri ölkəni tərk edib" Beynəlxalq koalisiya qüvvələri İraqı tərk edib.
Digər ölkələr
30 Dekabr , 2021 01:39
İraqın baş naziri: Beynəlxalq koalisiya qüvvələri ölkəni tərk edib

Beynəlxalq koalisiya qüvvələri İraqı tərk edib.

"Report" xəbər verir ki, bunu İraqın Baş naziri Mustafa Əl-Kazemi tviter hesabında yazıb.

"Koalisiyanın hərbi əməliyyatları başa çatıb, bütün qoşunlar və hərbi texnika İraqdan çıxarılıb. Hazırda koalisiyanın işi İraq-ABŞ strateji dialoqunun nəticələrinə əsasən məsləhətləşmələrdən ibarətdir", - Baş nazir bildirib.

Əl-Kazemi əmin edib ki, İraq Silahlı Qüvvələri əhalini İŞİD silahlılarının təhlükəsindən qorumağa hazırdır.

İraq Silahlı Qüvvələrinin komandanlığı dekabrın 22-də beynəlxalq antiterror koalisiyasının döyüş hissələrinin ölkədən çıxarılmasını, yalnız xarici hərbi məsləhətçilərin qaldığını açıqlayıb. İraqdan son olaraq Hərir bazasında yerləşdirilmiş koalisiya əsgərləri çıxıb.

Son xəbərlər

Orphus sistemi