İraqın cənubundakı Nəcəf şəhərində iranyönlü “Əl-Haşed əş-Şəəbi” yaraqlılarına məxsus silah-sursat anbarında partlayış nəticəsində azı 7 nəfər ölüb.
“Report” xəbər verir ki, məlumatı “Al-Arabiyya” yayıb.
Bildirilib ki, hadisə Nəcəf şəhərinin Xoli rayonunda baş verib.
İlkin versiyaya əsasən, partlayışa səbəb yüksək temperatur göstərilir.