“İrlandiya Senatı Rusiyanın Ukraynaya genişmiqyaslı təcavüzünü soyqırımı olaraq tanıyıb".
“Report” “Segodnya”ya istinadən xəbər verir ki, bu barədə İrlandiya Parlamenti Yuxarı Palatasının, Senatının sədri Mark Deyli tviter səhifəsində yazıb.
“Rusiya Federasiyasının Ukrayna ərazisinə qanunsuz müdaxiləsi soyqırımı aktıdır. İrlandiya Senatı Rusiyanın Ukraynada soyqırımı törətməsi haqqında qətnamə qəbul edib”, - Mark Deyli bildirib.
Qətnamədə qeyd olunub ki, Rusiyanın siyasi rəhbərliyi Ukraynada törətdikləri cinayətlərə görə cavab verməlidir.