Terrorçu “İslam Dövləti” qruplaşmasının silahlıları Somalinin şimal-şərqində yerləşən Balidhidin şəhərini ələ keçiriblər.
“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli “Garowe Online” xəbər portalı məlumat yayıb.
Məlumata görə, terrorçular hökumət qüvvələri ilə şiddətli döyüşlərdən sonra avqustun 18-i şəhərə daxil olublar. Rayon administrasiya rəhbərinin qətlə yetirildiyi bildirilir. Portal onu da qeyd edib ki, Balidhidin şəhəri “İslam Dövləti”nin nəzarəti altına düşən ilk Somali şəhəridir.