İslandiyada ərazisində “Faqradalsfyadl” (Fagradalsfjall) vulkanı yerləşən torpaq sahəsi satışa çıxarılıb.
“Report” “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, oyanmış vulkanın yerləşdiyi təsərrüfat sahəsinin varislərindən biri Anna Tordis Qudmundsdottir ən azı iki nəfərin ərazi ilə maraqlandığını deyib.
Qeyd olunur ki, martda vulkanın püskürməyə başlamasından sonra torpaq sahəsinə tələb artıb.
Bu müddət ərzində ərazini bir neçə dəfə turistlər ziyarət edib.