İspaniya Mülki Qvardiyasının əməkdaşları kriptovalyutalarla işləyən ən böyük fırıldaqçılardan birini saxlayıblar.
“Report” xəbər verir ki, bu barədə yerli RTVE teleradio şirkəti bildirib.
Teleradio şirkətinin məlumatına görə, Valensiyada saxlanılan 45 yaşlı kişinin hesablarında 2,5 milyon avrodan çox vəsait bloklanıb.
Cinayətkarın əməllərindən zərər çəkənlər əsasən İspaniya və Portuqaliya sakinləri olub. Ona qarşı yeddi dələduzluq faktı və çirkli pulların yuyulması üzrə ittiham irəli sürülüb.
Mülki Qvardiyanın nümayəndələri bildiriblər ki, maliyyə piramidası yaradan fırıldaqçının müəyyən edilməsi üzrə xüsusi əməliyyat ötən ilin avqustundan davam edib.