İspaniyada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 2 024 904 nəfərə çatıb.
“Report”un məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Son 7 gündə 76 mindən çox yoluxma faktı qeydə alınıb. İki həftə ərzində isə demək olar ki, 151 min nəfərin COVID-19 testi müsbət olub. Bu da epidemiyanın yayılmasında artım olduğunu göstərir.
Epidemiya başlayandan koronavirus infeksiyasına yoluxan 51,7 min xəstə vəfat edib. Onların 530-u son bir həftə ərzində həyatını itirib.