İspaniyada koronavirusun yayılma templəri zəifləməyə başlayıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə krallığın səhiyyə naziri Karolina Darias məlumat verib:
“Virusa yoluxanların sayının azaldığını müşahidə edirik. Vaksinləmə prosesini əhalinin 100%-ni peyvəndləyənədək davam etdirməliyik. Hamı peyvəndlənməyənədək özümüzü təhlükəsizlikdə hiss edə bilməyəcəyik”, - o deyib.
Üçüncü peyvənd dozasının vurulmasına ehtiyac olacağını bildirən nazir həmçinin koronavirusa qarşı peyvəndləmənin hər il aparmalı olacağını güman etdiyini söyləyib.
Xatırladaq ki, 47 milyon əhalisi olan İspaniyada indiyədək 4,2 milyon nəfər virusa yoluxub. Onların 81 min nəfərdən çoxu vəfat edib. İndiyədək ölkə əhalisinin 52%-i koronavirusa qarşı tam peyvənd olunub.