İspaniya Mülki Qvardiyası ukraynalı qaçqınların əməyindən qeyri-qanuni tütün istehsalı və qaçaqmalçılığında istifadə edilməsi işi üzrə “Europol” ilə birgə keçirdiyi əməliyyat nəticəsində 27 nəfəri saxlayıb.
"Report" xəbər verir ki, bu barədə “La Vanguardia” nəşri məlumat yayıb.
Bildirilib ki, Loqrono, Valensiya və Sevilyada qanunsuz fəaliyyət göstərən 3 tütün fabriki bağlanıb, ümumi dəyəri 37,5 milyon avro olan 10 ton tütün yarpağı və 3,5 milyon qutu siqaret müsadirə edilib.