İspaniyanın Kataloniya muxtar vilayətində sərnişin qatarı ilə yük qatarı lokomotivinin toqquşması nəticəsində azı 29 nəfər yaralanıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Kataloniya Mülki Müdafiə Baş İdarəsinin yaydığı press-relizdə bildirilib.
Məlumata görə, hadisə gecə saatlarında muxtariyyatinə Tarraqon bölgəsinin Vila-seka yaşayış məntəqəsində baş verib. Barselona Tortos maşrutu istiqamıtində hərəkət edən qatarda 75 sərnişin olduğu qeyd olunub.