İspaniyanın Alikante əyalətində zavodun sənaye anbarında baş verən partlayış nəticəsində 3 nəfər ölüb, 7 nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.
“Binada qazanın partlaması zavodun dam örtüyünün və divarlarının bir hissəsinin uçmasına səbəb olub, nəticədə obyektdə olan bir neçə nəfər dağıntılar altında qalıb”, - məlumatda bildirilir.
Bildirilir ki, hadisə yerində yanğınsöndürənlər, polis əməkdaşları və həkimlər işləyir.