İspaniyanın Baş naziri Ukraynaya səfər edəcək

İspaniyanın Baş naziri Ukraynaya səfər edəcək İspaniyanın Baş naziri Pedro Sançes cümə axşamı səhər qatarla Ukraynaya gələcək.
Digər ölkələr
23 Fevral , 2023 05:52
İspaniyanın Baş naziri Ukraynaya səfər edəcək

İspaniyanın Baş naziri Pedro Sançes cümə axşamı səhər qatarla Ukraynaya gələcək.

“Report”un məlumatına görə, bu barədə İspaniyanın “OK Diario” nəşri xəbər yayıb.

"Bu, Sançezin Ukraynaya ikinci səfəri olacaq. O, artıq ötən ilin aprelində bu ölkəyə səfər edib. Xəbər Baş nazirə yaxın mənbələrdən təsdiqlənib. Qeyd edilib ki, səfər planı onun əvvəlki planına çox bənzəyir. Baş nazir və onun komandası təyyarə ilə Madriddən Polşanın Jeşuv şəhərinə uçur.

Hökumətin nümayəndə heyəti Polşaya çatdıqdan sonra yerüstü nəqliyyatla Ukrayna sərhədinə gedəcək. Pedro Sançes və onu müşayiət edən komandanın onları paytaxta aparacaq və səhər saat səkkizə qədər çatacaqları gecə qatarına minməsi gözlənilir”, - məlumatda deyilir.

Kiyevdə Sançesin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü gözlənilir.

Son xəbərlər

Orphus sistemi