İspaniyanın keçmiş kralı ilə bağlı təhqiqat aparılır

İspaniyanın keçmiş kralı ilə bağlı təhqiqat aparılır İspaniya taxt-tacından 2014-cü ildə imtina etmiş kral Birinci Xuan Karlosla bağlı qeyri-rəsmi fondlara dair təhqiqat aparılır.
Digər ölkələr
7 Noyabr , 2020 13:15
İspaniyanın keçmiş kralı ilə bağlı təhqiqat aparılır
Xuan Karlos

İspaniya taxt-tacından 2014-cü ildə imtina etmiş kral Birinci Xuan Karlosla bağlı qeyri-rəsmi fondlara dair təhqiqat aparılır.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, vergi xidmətindən prokurorluğa göndərilən hesabatda La-Manş boğazında yerləşən Cersi adasında şübhəli qurumların aşkarlandığı, bunun da sabiq kralla bağlı gizli fondlar ola biləcəyi göstərilir.

Xuan Karlosla bağlı olduğundan şübhə yaradan təşkilatların hesabları məsələsi onunla bağlı sayca üçüncü təhqiqatın bir hissəsidir. Həmçinin sabiq kralla bağlı olduğu bildirilən və 2005-ci ildə vəsait köçürülmüş bir vəqflə bağlı da araşdırma aparılır.

Hələ ilkin mərhələdə olan sözügedən təhqiqatdan başqa İspaniya prokurorluğu tərəfindən sabiq kral Xuan Karlosla bağlı daha əvvəl başlamış iki təhqiqat aparılır. Onlardan biri Məkkə-Mədinə sürətli dəmir yolu xəttinin inşası layihəsinin ölkə konsorsiumuna verilməsi üçün apardığı danışıqlar müqabilində ehtimal olunan ödənişlərlə, digəri isə sabiq dövlət başçısının adına olmayan hesablarla bağlı kredit kartlarından istifadə etməsilə bağlıdır.

Son xəbərlər

Orphus sistemi