İsrail bir il əvvəl Körfəz Ərəb dövləti ilə münasibətləri normallaşdırdıqdan sonra Bəhreynə ilk səfirini təyin edib.
"Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Səfir vəzifəsinə təyinat alan Eitan Nae bundan əvvəl 8 ay İsrailin Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyində müvəqqəti missiya rəisi olaraq çalışıb.
Qeyd edilir ki, BƏƏ ilə İsrail arasında diplomatik əlaqələr keçən ilin avqustunda, Bəhreynlə isə sentyabrda qurulub.
Bu həftə Bəhreynin İsraildəki ilk səfiri Xalid Yusif əl-Cəlama öz etimadnaməsini hökumətə təqdim edib.