İsrail Müdafiə Nazirliyi “Boeing Co” şirkətindən 25 ədəd yeni nəsil “F-15” qırıcılarının alınması ilə bağlı 5,2 milyard ABŞ dollar dəyərində saziş imzalandığını açıqlayıb.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin baş direktoru Eyalya Zamir bəyanat yayıb.
"Yeni “F-15IA” təyyarələrinin tədarükü 2031-ci ildə başlayacaq və ildə 4-6 təyyarə təhvil veriləcək", - məlumatda bildirilib.
Bildirilib ki, təyyarələr silah sistemləri ilə təchiz ediləcək, yükdaşıma qabiliyyətinə və s. üstünlüklərə malik olacaq.