İsrail girovların azad edilməsindən sonra da Qəzzada əməliyyatı davam etdirəcək

İsrail girovların azad edilməsindən sonra da Qəzzada əməliyyatı davam etdirəcək İsrail Müdafiə Qüvvələri girovların azad edilməsindən sonra da Qəzza zolağında Fələstinin radikal HƏMAS qruplaşmasına qarşı əməliyyatları davam etdirəcək.
Digər ölkələr
21 Noyabr , 2023 01:09
İsrail girovların azad edilməsindən sonra da Qəzzada əməliyyatı davam etdirəcək

İsrail Müdafiə Qüvvələri girovların azad edilməsindən sonra da Qəzza zolağında Fələstinin radikal HƏMAS qruplaşmasına qarşı əməliyyatları davam etdirəcək.

“Report” xəbər verir ki, bunu İsrailin fövqəladə hallar kabinetinin üzvü, ölkənin müdafiə departamentinin keçmiş rəhbəri Benni Qantz deyib.

Onun sözlərinə görə, hazırda əməliyyat genişlənir, güclənir və dərinləşir: “Girovların qayıtması üçün fasilə yaransa belə, biz qayıdıb düşmənə var gücümüzlə zərbə endirəcəyik”.

Qeyd edək ki, Qantz İsrail Müdafiə Qüvvələrində ehtiyatda olan general-leytenantdır. Hərbi karyerası ərzində o, Şimal Hərbi Dairəsinə rəhbərlik edib, həmçinin quru qoşunlarının komandanı olub. 2011-2015-ci illərdə ölkə ordusunun Baş Qərargah rəisi vəzifəsində çalışıb. Qantz 2020-ci ildən 2022-ci ilə qədər İsrailin müdafiə naziri vəzifəsini də icra edib.

Son xəbərlər

Orphus sistemi