İsrail ikitərəfli olaraq İordaniya üçün hava məkanını bağlayıb.
“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə İsrailin baş naziri Binyamin Netanyahu sərəncam imzalayıb.
Qeyd edək ki, martın 11-də İsrailin baş nazirinin Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri nəzərdə tutulmuşdu. Ancaq İordaniya hava məkanını bağladığından Netanyahunun səfəri təxirə salınıb.
Xatırladaq ki, İordaniya vəliəhdi şahzadə Hüseyn bin Abdullah martın 10-da Qüdsün şərqində yerləşən Məscidül Əqsanı ziyarət etmək istəyib. Ancaq İsrail təhlükəsizlik orqanları ilə İordaniyanın müvafiq qurumları arasında yaşanan anlaşılmazlıq səbəbindən vəliəhdin məscidi ziyarəti təxirə salınıb. Ona görə də İsrail baş nazirinin təyyarəsinə İordaniya səmasından uçmağa icazə verilməmişdi.