İsrail hərbçiləri HƏMAS-ın yəhudi dövləti istiqamətində partlayıcı maddə ilə dolu hava şarlarının işə salınmasına cavab olaraq radikal hərəkatın Qəzzadakı obyektlərinə zərbələr endirib.
“Report”un məlumatına görə, bu barədə İsrailin Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.
"Qəzza zolağından partlayıcı maddə olan şarların İsrail ərazisinə atılmasına cavab olaraq, biz yalnız Həmas hərbi kompleksini, yeraltı infrastrukturu və Qəzzadakı Həmas müşahidə postlarını vurduq" hərbçilər tərəfindən yayılmış bəyanatda deyilir.