“Likud” partiyasının lideri Binyamin Netanyahunun yaratdığı yeni İsrail hökuməti dekabrın 29-da Knessetdə (parlamentdə) and içəcək.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İsrailin “Kan” radiostansiyası məlumat yayıb.
Məlumata görə, Knesset üzvlərinə andiçmə mərasiminin yerli vaxtla saat 11:00-a təyin olunduğu barədə məlumat verilib.
Xatırladaq ki, dekabrın 22-nə keçən gecə B.Netanyahu İsrail Prezidenti İsxak Hersoqa hökumət koalisiyasının yaradılması ilə bağlı razılığa gəlindiyini rəsmən bildirib. Buna “Likud partiyası” ilə birlikdə Knessetdəki 120 yerdən 64-nə nəzarət edən dini və ifrat sağçı qruplarla həftələrdir davam edən çətin danışıqlardan sonra nail olunub.