İsrailin Suriya-Livan sərhədindəki keçid-buraxılış məntəqəsinə endirdiyi zərbələr nəticəsində ikisi hərbçi olmaqla azı altı nəfər həlak olub.
“Report” xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.
Bundan başqa, 12 nəfər yaralanıb.
KİV bildirib ki, zərbələr İsrail və Livan arasında atəşkəs rejimi qüvvəyə minməmişdən əvvəl həyata keçirilib.