İsrail Livanın cənubunda “Hizbullah” obyektlərinə kütləvi zərbələr endirdiyini açıqlayıb

İsrail Livanın cənubunda “Hizbullah” obyektlərinə kütləvi zərbələr endirdiyini açıqlayıb İsrail Hərbi Hava Qüvvələri son saatlarda Livanın cənubundakı Sur şəhərində “Hizbullah”ın hərbi obyektlərinə iki seriya zərbələr endirib.
Digər ölkələr
22 Noyabr , 2024 22:51
İsrail Livanın cənubunda “Hizbullah” obyektlərinə kütləvi zərbələr endirdiyini açıqlayıb

İsrail Hərbi Hava Qüvvələri son saatlarda Livanın cənubundakı Sur şəhərində “Hizbullah”ın hərbi obyektlərinə iki seriya zərbələr endirib.

“Report” xəbər verir ki, bu barədə ordu mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, İsrail aviasiyasının hədəfi “Hizbullah”ın silahlı qanadının tərkibində fəaliyyət göstərən “Əziz” bölməsi tərəfindən istifadə edilən hərbi infrastruktur olub. Komanda mərkəzlərinə, kəşfiyyat infrastrukturuna, silah anbarlarına zərbələr endirilib.

İsrail hərbçilərinin məlumatına görə, “Əziz” bölməsi Sur rayonundan fəal şəkildə baza kimi istifadə edir və oradan İsrail ərazisinə atəş açır.

Qeyd edək ki, sentyabrın 23-də İsrail Livanda "Hizbullah" birləşmələrinə qarşı “Şimal oxları” əməliyyatına başlayıb və təşkilatın hərbi obyektlərinə kütləvi zərbələr endirir.

Son xəbərlər

Orphus sistemi