İsrail Livanın cənubundakı Hizbullah hərbi obyektlərinə zərbələr endirib

İsrail Livanın cənubundakı Hizbullah hərbi obyektlərinə zərbələr endirib İsrail Hərbi Hava Qüvvələri Livanın cənubunda "Hizbullah"ın bir sıra hədəflərinə zərbələr endirib.
Digər ölkələr
12 İyul , 2024 01:43
İsrail Livanın cənubundakı Hizbullah hərbi obyektlərinə zərbələr endirib

İsrail Hərbi Hava Qüvvələri Livanın cənubunda "Hizbullah"ın bir sıra hədəflərinə zərbələr endirib.

"Report" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Zərbələr xüsusilə Livanın cənubundakı Taibe və Kfarqela bölgələrində hərbi obyektlərə endirilib.

İyunun ortalarında İsrail ordusu Livanda hücum əməliyyatı planını təsdiqləyib. Belə ki, İsrail Qəzza zolağında Fələstinin HƏMAS radikal hərəkatına qarşı əməliyyatdan sonra eyni vaxtda "Hizbullah" hərəkatına zərbələr endirməyi planlaşdırır.

Son xəbərlər

Orphus sistemi