İsrail müdafiə ordusu son sutkada HƏMAS-ın 40-a yaxın üzvünü öldürüb.
“Report” xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusundan bildirilib.
Qeyd olunub ki, əməliyyatlar Xan Yunis bölgəsində keçirilib.
Daha bir neçə HƏMAS üzvü Qəzzanın şimalında keçirilən hava hücumları nəticəsində öldürülüb.
Qeyd edək ki, HƏMAS-la İsrail arasında müharibə 2023-cü ildə oktyabrın 7-də başlayıb.