İranın raket hücumu İsrailə ciddi ziyan vurmayıb.
"Report" xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin nümayəndəsi Anna Ukolova bildirib.
Onun sözlərinə görə, raket hücumunda ölkənin hərbi hava qüvvələrinin döyüş qabiliyyəti zərər çəkməyib.
“Hava hücumundan müdafiə sistemlərinin işləməsi sayəsində ziyan az olub. İsrailin mərkəzinə və cənubuna zərbələr endirilib", - Ukolova qeyd edib.
Qeyd edək ki, oktyabrın 1-də İran İsrailə kütləvi raket hücumu həyata keçirib. Ağ Ev məlumatına görə, İsraildəki hədəflərə 200-ə yaxın ballistik raket atılıb. Raket zərbələri səbəbindən İraq, İordaniya və Livan hava məkanını bağlayıb.