İsrail Ordusu Livanda atəşkəsə nəzarət edəcək

İsrail Ordusu Livanda atəşkəsə nəzarət edəcək İsrail hərbçiləri Livanda atəşkəs rejiminə ciddi şəkildə nəzarət edəcək.
Digər ölkələr
29 Noyabr , 2024 00:20
İsrail Ordusu Livanda atəşkəsə nəzarət edəcək

İsrail hərbçiləri Livanda atəşkəs rejiminə ciddi şəkildə nəzarət edəcək.

"Report" xəbər verir ki, bunu İsrailin Müdafiə Ordusunun Baş Qərargah rəisi Herzi Halevi deyib.

"Bu razılaşmanın pozulmasına qarşı cavab tədbirləri görüləcək", - Halevi bildirib.

Noyabrın 27-də səhər saatlarında İsrail və Livan arasında 2023-cü ilin oktyabrında hərbi əməliyyatların başlanmasından sonra atəşkəs haqqında ilk saziş qüvvəyə minib. ABŞ Prezidenti Cozef Bayden bəyan edib ki, İsrail və “Hizbullah” arasında razılaşmalar 60 gün ərzində Livan ordusu və dövlət təhlükəsizlik qüvvələri tərəfindən ölkə ərazisinə nəzarətin bərpasını nəzərdə tutur. Bundan sonra İsrail Ordusu tədricən Livandan çəkiləcək.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Fələstinin HƏMAS radikal hərəkatının silahlı tərəfdarlarının Qəzza zolağından İsrail ərazisinə soxulmasından və sərhəd yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi, 240-dan çox insanın girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin pisləşib. Buna cavab olaraq İsrail HƏMAS-ın hərbi və siyasi strukturunu məhv etmək və girov götürülənlərin hamısını azad etmək məqsədi ilə anklavda hərbi əməliyyata başlayıb. Qəzza zolağında döyüşlər bu gün də davam edir.

Son xəbərlər

Orphus sistemi