İsrail ordusu Qəzzanın şimalında onlarla hədəfə hava zərbələri endirib

İsrail ordusu Qəzzanın şimalında onlarla hədəfə hava zərbələri endirib İsrailin Hərbi Hava Qüvvələri bir gündə Qəzza zolağının şimalında Fələstin qaçqınlarının Cəbaliyə düşərgəsi ərazisində onlarla hədəfə zərbələr endirib.
Digər ölkələr
7 Oktyabr , 2024 03:51
İsrail ordusu Qəzzanın şimalında onlarla hədəfə hava zərbələri endirib

İsrailin Hərbi Hava Qüvvələri bir gündə Qəzza zolağının şimalında Fələstin qaçqınlarının Cəbaliyə düşərgəsi ərazisində onlarla hədəfə zərbələr endirib.

"Report"un xəbərinə görə, bu barədə ordunun Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, xüsusilə yeraltı infrastruktur obyektləri və Fələstinin radikal HƏMAS hərəkatının tərəfdarlarının silahlı birləşmələri hücuma məruz qalıb.

Cəbaliyə bölgəsində quru bölmələri fəal şəkildə fəaliyyət göstərir, radikal dəstələrlə döyüşə girir. Gün ərzində orada onlarla fələstinli radikal öldürülüb. Əməliyyat bölgəsində hərbçilər silah, sursat və partlayıcı qurğular aşkarlayıblar.

Səhər saatlarında İsrail hərbçiləri Cəbaliyə bölgəsində yeni əməliyyata başladığını açıqlayıblar, ordunun məlumatına görə, 162-ci diviziyanın bölmələri ora daxil olub, əməliyyatlara aviasiya da dəstək verib.

Son xəbərlər

Orphus sistemi