İsrail hərbçiləri İordan çayının Qərb sahilində terror fəaliyyəti həyata keçirməkdə şübhəli bilinən 14 fələstinlini saxlayıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun Mətbuat Xidməti məlumat verib.
Xatırladaq ki, İsrail hərbçiləri ölkənin şəhərlərində törədilmiş və 19 nəfərin ölümünə səbəb olmuş terror hücumlarına cavab olaraq aprelin 10-dan etibarən İordan çayının Qərb sahilində terrora qarşı genişmiqyaslı əməliyyat həyata keçirirlər.